#ucldraw

tagged as #ucldraw photos and videos on Instagram


170    2    3 hours ago

TEZLİKLƏ ÇEMPİONLAR LİQASI 🤩🤩 #QarabağFK #UCLDRAW

Advertisement

Advertisement

310    7    23 hours ago

Polşada 2018-19 mövsümünün çempionu olan "Pyast" klubu Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ımızla qarşılaşa bilər. Polyaklar komandamıza rəqib olmaq istəmirlər. Püşkatma zamanı səpələnmişlərdə yer alacaq ölkə çempionu üçün Polşa KİV-i 3 münasib rəqib seçib ki, bunlar TNS (Uels), "Dundalk" (İrlandiya) və "Düdelanj"dı (Lüksemburq). Digər potensial rəqibləri də dəyərləndirən polşalılar, xüsusən də, "Seltik" (Şotlandiya), BATE (Belarus), "Srvena Zvezda" (Serbiya), "Astana" (Qazaxıstan) və "Qarabağ"ımızı arzulamırlar. Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək. #QarabağFK #UCLdraw

467    27    1 day ago

🔵⚪ "Qarabağ"ımızın Çempionlar Liqasında daha 4 potensial rəqibi müəyyənləşib. ÇL-ə son vəsiqə qazananlardan "Sarayevo" (Bosniya və Herseqovina), "Pyast" (Polşa) və "Sutyeska" (Monteneqro) səpələnməmişlərin sırasına düşüb. Ümumilikdə I mərhədə mübarizə aparacaq 32 komandadan 29-u bəllidi. Onlardan 15-i səpələnmiş, 13-ü səpələnməmişdisə, "Suduva"nın hansı səbətdə qərarlaşacağı bilinmir. Bu, digər 3 komandanın reytinqindən asılı olacaq. Bundan başqa, qeyri-müəyyənlərdə göstərilən "Valletta"nın (Malta) da artıq səpələnməmişlər arasında olacağı dəqiqləşib. Bu isə o deməkdir ki, adıçəkilən klublardan hər biri 1-ci təsnifat mərhələsində mübarizə aparacaq və səpələnmişlər səbətindən yer alacaq "Qarabağ"ımıza rəqib ola bilər. Artıq komandamızın 16 potensial rəqibindən 13-ü məlumdur: Səpələnmişlər: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Qarabağ" (Azərbaycan), "Maribor" (Sloveniya), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya), AIK (İsveç) Səpələnməmişlər: "Sarayevo" (Bosniya və Herseqovina), "Valletta" (Malta), "Pyast" (Polşa), "ÇFR Kluj" (Rumıniya), "Ferensvaroş" (Macarıstan), "Nomme Kalyu" (Estoniya), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan) Qeyri müəyyənlər: "Suduva" (Litva), Bolqarıstan çempionu, Ermənistan çempionu, ilkin mərhələnin qalibi. Qeyd edək ki, Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək. #QarabağFK #UCLdraw #WeAreQarabağ